Cəmi bir gün vəzifəsiz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Cəmi bir gün vəzifəsiz qaldı

İqtisadiyyat

08 Yanvar 2026 16:06 9547


Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən gömrük xidməti polkovniki Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, yanvarın 7-də işdən çıxarılan S.Şahbəndəyev Sumqayıt Gömrük İdarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal faktları aşkar edilmişdi. Məhz bundan sonra idarə rəisinin vəzifədən azad edilməsi ilə bağlı qərar verilmişdi. (Bakupost.az)  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!