“Ziyalılar üzərinə düşən missiyanı yerinə yetirə bilmir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı-publisist Xeyrəddin Qoca deyib.
O, yaradıcı insanların onlara aidiyyatı olmayan mövzularda danışmasına münasibət bildirib Sezar pizza
“Cəmiyyət həmişə istəyir ki, ziyalılar öndə olsun. Həqiqəti danışsın, yaltaqlıqdan uzaq olsun, simasızlıqdan yan keçsin. Təəssüf ki, ziyalı dediyimiz insanlar belə şeylərin içindədir, başqalarından seçilmirlər. Odur ki, cəmiyyət daima narazıdır. Yazıçılara qarşı hücum varsa, deməli, bununla əlaqədardır”.
X.Qoca qeyd edib ki, yaradıcı insanlar cəmiyyətdə baş verən hadisələrə münasibət bildirmir:
“Ziyalılar üzərinə düşən missiyanı yerinə yetirə bilmirlər. Ona görə də, cəmiyyət onları təndiq edir. Cəmiyyətdə çox böyük hadisələr baş verir. Yaradıcı insanlar, ziyalılar hadisələrə susurlar. Elələri var ki, heç danışa bilmir. Belə bir qabiliyyəti də yoxdur.
Vaxtı ilə Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Sabir kimi böyük ziyalılar olub. Onlar həmişə xalqın yanında olub, işıqlı yol göstəriblər. Bununla yanaşı, pis əməllərdən uzaq olublar. İndi cəmiyyətdə ziyalı gözə dəymir, şəxsən mən görmürəm. Təkcə əsər yazmaq, rəsm çəkmək, musiqi ifa etmək ziyalı olmaq deyil. O vaxt ziyalı olarsan ki, cəmiyyətin yanında olub, ona yol göstərəsən”.
Nəzrin Vahid
Telegram kanalımız