Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
“Yeni Sabah” xəbər verir ki, ilk iki oyun İngiltərədə keçiriləcək.
Premyer Liqada rəqabət aparan "Tottenhem” və "Mançester Siti” tarixlərində ilk dəfə avrokubokda üz-üzə gələcəklər. Hər iki kollektiv 1/8 finalda Almaniya təmsilçisini mübarizədən kənarlaşdırıb. Londonlular Dortmund "Borussiya”sından (3:0, 1:0), "şəhərlilər” isə "Şalke 04”dən (3:2, 7:0) güclü olublar. Sezar pizza
"Liverpul” və "Portu” ardıcıl ikinci mövsüm Çempionlar Liqasında qarşılaşacaqlar. İngilislər ötən mövsüm 1/8 final mərhələsində rəqibini səfərdə Sadio Manenin het-triki və Məhəmməd Salahla Roberto Firminonun qolları ilə 5:0 hesabı ilə məğlub edib. "Enfild”dəki görüşdə isə hesab açılmayıb.
Qeyd edək ki, 1/4 finalın daha iki oyunu sabah keçiriləcək. "Ayaks" (Hollandiya) "Yuventus"u (İtaliya), "Mançester Yunayted" (İngiltərə) - "Barselona"nı (İspaniya) qəbul edəcək.
Çempionlar Liqası
1/4 final
İlk oyunlar
9 aprel
23.00 Tottenhem (İngiltərə) - Mançester Siti (İngiltərə)
Baş hakim: Byorn Keypers (Hollandiya).
London. "Tottenhem” stadionu.
23.00 Liverpul (İngiltərə) - Portu (Portuqaliya)
Baş hakim: Antonio Mateu Laos (İspaniya).
Liverpul. "Enfild” stadionu.
Telegram kanalımız