Çempionlar Liqasında 1/4 finalçılar bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasında 1/4 finalçılar bəlli oldu

İdman

14 Mart 2019 13:45 1104


Ötən gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

"Yeni Sabah"  xəbər verir ki, daha iki oyunla sonuncu 1/4 finalçılar da müəyyənləşib.

“Barselona” öz meydanında “Lion”u, “Bavariya” isə “Liverpul”u qəbul edib. Komandalar arasında keçirilən ilk oyunlarda qolsuz bərabərlik qeydə alındığından şanslar bərabər qiymətləndirilirdi. "Liverpul" səfər, "Barselona" isə ev qələbəsi sayəsində növbəti mərhələyə yüksəlib. pizza mizza

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

13 mart

"Barselona" - "Lion" - 5:1

Qollar: L. Messi, 18-penalti (1:0), 78(3:1), F. Koutinyo, 31 (2:0), L. Tusar, 59 (2:1), J. Pike, 81 (4:1), U. Dembele, 86 (5:1)

İlk oyun - 0:0

"Bavariya" - "Liverpul" - 1:3

Qollar: S. Mane, 26 (0:1), 84 (1:3), J. Matib, 38-avtoqol (1:1), V. van Deyk, 69 (1:2)

İlk oyun - 0:0

Xatırladaq ki, bundan əvvəl "Mançester Yunayted", "Ayaks", "Tottenhem", "Portu", "Yuventus" və "Mançester Siti" 1/4 finala vəsiqə qazanıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!