Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşdi

İdman

18 Aprel 2019 15:24 917


Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. 

“Yeni Sabah” xəbər verir ki, yarımfinala vəsiqə qazanan son iki komanda artıq müəyyənləşib. "Liverpul" səfərdə "Portu"nun qonağı olub. İlk görüşdə evdə rəqibini 2:0 hesabı ilə məğlub edən “mersisaydlılar” bu dəfə 4:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Gecənin digər oyunu isə ingilis klubları arasında keçirilib. İlk qarşılaşmada səfərdə “Tottenhem”ə 0:1 hesabı ilə uduzan “Mançester Siti” doğma meydanda 4:3 hesablı qələbə qazansa da, bu nəticə London klubunu yarımfinala yüksəldib. 

Qeyd edək ki, “Liverpul” yarımfinalda “Barselona”, “Tottenhem” isə Ayaks”la qarşılaşacaq. Çempionlar Liqası 1/4 finalın cavab oyunları 17 aprel 23:00. “Portu” – “Liverpul” - 1:4 Qollar: S. Mane, 26 (0:1), M.Salah, 65 (0:2), E.Militao, 69 (1:2), R.Firmino, 77 (1:3), Van Diyk, 84 (1:4) İlk oyun – 0:2 23:00. “Mançester Siti” – “Tottenhem” 4:3 Qollar: R. Sterlinq, 4 (1:0), 21 (3:2), S. X. Min, 7 (1:1), 10 (1:2), B. Silva, 11 (2:2), S.Aquero, 59 (4:2), F.Llorente, 73 (4:3) İlk oyun – 0:1 16 aprel “Barselona” – “Mançester Yunayted” – 3:0 Qollar: L. Messi, 16, 20, F. Koutinyo, 61 “Yuventus” – “Ayaks” – 1:2 Qollar: K. Ronaldo, 28, D. van de Bek, 34, M. de Lixt, 67. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!