“Nikol Paşinyanın tərcümeyi-halını diqqətlə öyrənin: bütün həyat bir qaçışdır”.
Yenisabah.az xəbər verir ki, bu məqalə ilə “Hraparak” nəşri çıxış edib.
Müəllif mövzunu belə davam etdirib: pizza sifarişi
“Paşinyan əlini hara qoydusa, o iş yarımçıq qaldı. Universitetdə oxuduğu illəri götürək – yarımçıq. Orduda xidmət etməyib, amma bunun qanuni olduğunu deyir. Deyək ki, qanuni idi, amma yadımızdadır ki, onu orduya aparmaq üçün arxasınca gedənlərdən qaçıb gizlənib. Qanlı 2008-ci ili xatırlayın, o zaman birdəfəlik yoxa çıxdı. O, 2013, 2014-cü illərdə deputat seçildiyi “Daşnaksutyun”un sıralarından belə qaçıb.
Redaktor işlədiyiniz, öz maşınınızı yandırıb yeni maşın aldığınız illəri xatırlayın, cənab Baş nazir. Mən təfərrüatları yeniləməyəcəyəm, sadəcə hər biriniz əqlinizi yeniləyin və anlayın ki, Paşinyanın həyatında qaçışla bitməyən epizod yoxdur.
Məsələn, o Baş nazir kürsüsünə oturandan sonra vəziyyət əvvəlki kimidir, heç nə dəyişməyib. Biabırçı müharibə və məğlubiyyətdən sonra bəs o, nə edir? İndi isə bu qaçış mühafizəçilər və təhlükəsizlik qüvvələri ilə peşəkar şəkildə təşkil olunub. O, silahlı qüvvələrin arxasında gizlənir, dövlət idarələrində və bəzi lazımlı yerlərdə sığınır, gedə bilmədiyi yerlərdə isə strukturu dəyişir.
İndi də Edqar Qazaryan qaçan oğlan haqqında danışaraq. deyir: “bəsdir qaçdın, gəl istefanın formasını seç”. O, həmçinin, bunun əleyhinə faktlar da qoyur. Xalq da eyni faktları bilir. Nikol, indi nədən qaçırsınız? Nə vaxta qədər acı reallıqdan qaçacaqsanız?
“Qan qohumlarınız” da sevinir ki, yaxşı qaçırsınız. Axı siz yaxşı bilirsiniz ki, qaçmağa yeriniz yoxdur. Nə qədər çox qaçsanız, bir o qədər sizi tutan qüvvələr artacaq. Halqa daralıb. Biz sizi düşünmürük, çünki siz sıx bir dairədə boğulacaqsınız. Biz sadəcə xalqı aldadaraq girov götürdüyünüz vətənimizi düşünürük. Siz isə, cənab Paşinyan, həyat qarantiyası tələb edirsiniz. Ölkəni girov götürsəniz belə...”.
Telegram kanalımız