Bu gün Azərbaycanın cənub bölgəsində zəlzələ olub.
“Yeni Sabah” xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydiği məlumata görə, Yardımlı stansiyasından 24 kilometr şimal-şərqdə - Lerik rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 17:24-də qeydə alınıb.
Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala yaxın, yaxın rayonlarda 3 bala qədər hiss olunub.
Telegram kanalımız