Cənubi Afrikada “Omicron“un 2 yeni variantı tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Afrikada “Omicron“un 2 yeni variantı tapıldı

Dünya

13 Aprel 2022 15:29 449


Cənubi Afrikada ortaya çıxan və qısa müddətdə yayılan "Omikron"un 2 yeni variantı aşkar edilib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, BA.4 və BA,5 yeni ştamlardır.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi BA.4-ün yanvarın 10-dan martın 30-dək Cənubi Afrika, Danimarka, Botsvana, Şotlandiya və İngiltərədə görüldüyünü açıqlayıb. Ötən həftəyə olan məlumata görə, Cənubi Afrikada BA.5 ştammına yoluxma qeydə alınıb. Sezar pizza

Cənubi Afrikadakı Epidemiya ilə Müalicə Mərkəzinin (CERI) direktoru insanları peyvənd vurdurmağa səsləyib.

O qeyd edib ki, “bu ölümdən qorunmaq üçün bir üsul, yaşamağın açarıdır. Yoluxmamaq və sağ qalmaq üçün qaydalar düzgün şəkildə əməl olunmalıdır”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!