Cənubi Koreya 2024-cü ilə qədər insanları, heyvanları və həşəratları təqlid edən hərbi robotların tətbiqinə başlamağı planlaşdırır.
“Yeni Sabah” xəbər verir ki, məlumata görə, ilk olaraq insanları və həşəratları təqlid edən robotlar tətbiq ediləcək. Daha sonra isə quşları, ilan və dəniz canlılarını təqlid edən robotlar meydana çıxacaq.
“Biorobotlar gələcək müharibələrin qaydalarını dəyişəcək. Bununla bağlı texnologiyalar isə müdafiə sənayesi sahəsində böyük dəyişikliklərə səbəb olacaq”, - xəbərdə deyilib. Dördpendirli pizza
Telegram kanalımız