Cənubi Koreya təbii qaz ehtiyatlarının bir hissəsini Avropaya göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Koreya təbii qaz ehtiyatlarının bir hissəsini Avropaya göndərəcək

Dünya

28 Aprel 2022 16:13 532


Ukraynadakı vəziyyətlə əlaqədar dünyada enerji çatışmazlığı yarandığı üçün Koreya hökuməti mayeləşdirilmiş təbii qazının bir hissəsini Avropa ölkələrinə göndərmək qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, məlumatı KBS telekanalı yayıb.

Ticarət, Sənaye və Energetika Nazirliyi çərşənbə günü qərara gəlib ki, artıq qış keçdiyi üçün Cənubi Koreya hakimiyyəti Avropaya belə bir xidmət göstərə bilər.  pizza

Agentlik qeyd edib ki, tədarük həcmi elə olacaq ki, bu, daxili tələbata və qaz qiymətlərinə təsir göstərməyəcək. Lakin Seul enerji resurslarını nə vaxt və nə qədər təmin edəcəklərini dəqiqləşdirməyib.

Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!