Cənubi-Muğan kanalında su azaldı, Biləsuvarın bir neçə kəndi susuz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Cənubi-Muğan kanalında su azaldı, Biləsuvarın bir neçə kəndi susuz qaldı

Rəsmi

20 Aprel 2023 18:42 1017


Cənubi-Muğan kanalının Biləsuvar rayonunun bir neçə kəndindən keçən hissəsində su yenidən quruyub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Report”un Muğan bürosuna sakinlər məlumat verib.

Onların sözlərinə görə, artıq 15 gündən çoxdur ki, davam edən su problemi daha çox Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində yaşanır. Marqarita pizza

Sakinlər bildirir ki, bu kəndlərdə içməli su xüsusi maşınlara təşkil olunsa da, əhali kənd təsərrüfatı və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, əkin sahələri susuzluqdan məhv olmaq təhlükəsi ilə üzləşib.

Cənubi- Muğan Kanalı İstismarı İdarəsindən “Report”a bildirilib ki, Araz çayında suyun səviyyəsi azaldığından kəndlərə su növbəlillik əsasında verilir. Sözügedən kəndlər bir neçə gün ərzində suyla təmin olunacaq.

Qeyd edək ki, Cənubi-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən kanaldan Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!