İnternet bloqlarında Cənubi Qafqaz və qismən İran ərazisində yerləşən virtual bir ölkə peyda olub.
Yenisabah.az xəbər verir ki, “Facebook” seqmentindəki bu dövlət “Kekistan Respublikası”dır. Uydurma respublikanın “bayrağı”, virtual ordusu, uydurma tarixi var, hətta 2016-2017-ci illərdəki “meme” savaşlarında iştirak edib.
Internet bloqlarında özünü təsdiqləmiş “Kekistan” uydurma olsa da, ermənilər ondan çox qorxur və internetdə "Kekistan"ın aktiv əks-təbliğatı gedir. Dördpendirli pizza
“Kekistan”ın paytaxtı Kekistantinopol (Bakı) şəhəridir. Dini mərkəzi isə Əl-Kakkad (Ərdəbil) şəhəridir. Digər iri şəhərləri isə Kepento (Gəncə), Şenkezar (Tbilisi), qədim kek şəhəri Prepekos (Urmiya), turizm və istirahət şəhəri Kekforniya (Rəşt) və Pille (Zəncan), iqtisadi mərkəzi isə Peuhever (Tehran) göstərilib.
Rafi MÜSLÜMOV
Telegram kanalımız