Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər

Sosial

14 Aprel 2026 09:07 952


Azərbaycanda tətbiq olunan cərimələrin məbləği ilə bağlı narazılıqlar artır. Sürücülər və piyadalar cərimələrin yüksək olmasından şikayətlənir, bəzi hallarda isə vətəndaşların borc və kredit hesabına ödəniş etdiyi bildirilir.

“Yeni Sabah” xəbər verir ki, bəzi sürücülər tez-tez cərimələndiklərini, hətta cərimələri ödəmək üçün kredit götürdüklərini deyirlər.

Onların sözlərinə görə, son dövrlərdə cərimə məbləğlərində artım daha da hiss olunur və bu, ciddi narazılıq yaradır. Narazılıq yalnız sürücülərlə məhdudlaşmır. Piyadalar da tətbiq edilən cərimələrin yüksək olduğunu qeyd edir. Onların fikrincə, mövcud məbləğlər vətəndaşların gəlirləri ilə müqayisədə uyğun deyil. Sezar pizza

Mövzu ilə bağlı səsləndirilən təkliflərdən biri cərimələrin minimum əməkhaqqına uyğunlaşdırılmasıdır. Bu yanaşmanın əsas məqsədi cərimə məbləğlərinin vətəndaşların maliyyə imkanlarına uyğun şəkildə müəyyənləşdirilməsidir.

Daha ətraflı İTV-nin hazırladığı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!