“Çətin olsa da, həyat gözəldir” - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Çətin olsa da, həyat gözəldir” - Fotolar

Sağlamlıq

20 Aprel 2019 15:43 1870


 “Ümid var” Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə Beynəlxalq Autizm Maarifləndirməsi ayı çərçivəsində “Çətin olsa da, həyat gözəldir” adlı seminar keçirilib.

“Yeni Sabah” xəbər verir ki, autizm sindromlu uşaqların valideynləri üçün nəzərdə tutulan seminarı keçirməkdə məqsəd həm onları maarifləndirmək, həm də motivasiya verməkdən ibarət olub. 

Tədbirin təşəbbüskarı, xüsusi təhsil müəllimi Zivər Xanlarova autizmin dünyada dayanmadan artan bir sindrom olduğunu, artıq doğulan hər 59 uşaqdan birinin autizmli doğulduğunu və bu problem qarşısında ilk anda valideynlərin çarəsiz qaldığını, bu baxımdan da belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.  pizza mizza

Seminarda Birgə və Sağlam İB-nin sədri Aytən Eynalova, "Prim" Autizm və İnkişaf Mərkəzinin rəhbəri Almara Məlikova və "Autizm ev şəraitində təlim" kitabının müəllifi Lalə İsmayılova autizmli övlada sahib analar kimi çıxış edərək bütün çətinliklərə rəğmən valideynlərə övladlarına sahib çıxmalarını, bu sahədə maarifli olmalarını, erkən müdaxilənin vacib olduğunu vurğulayıblar. 

Seminarda son zamanlar motivasiya kitabları ilə tanınan yazıçı-psixoloq Rövşən Abdullaoğlu, filosof Mail Yaqub, psixoloq Rübabə Mərdanova çıxış edərək autizmli övlad sahibi olan valideynlərlə motivasiya verici söhbətlər apardılar  "Çətin olsada həyat gözəldir" deyilər. 

Tədbirdə 11 nömrəli xüsusi təhsil məktəbinin sağlamlıq imkanları məhdud şagirdləri tamaşaçıların marağına səbəb olan müxtəlif nömrələrlə çıxış ediblər. 

Bundan başqa tədbirdə autizmi anlatan qısametrajlı animasiya filmi, gənc şair İsmayıl Xanların autizmli uşağın dilindən yazdığı 8-ci sinif şagirdi Nahidbəy Səlimovun səsləndirdiyi "Mənim Dünyam" adlı şerə çəkilmiş çarx, autizmli uşaqların moda nümayişini əks etdirən video görüntü və bəstəkar Sevinc Tofiqqızının tanınmış şair Baba Vəziroğlunun sözlərinə bəstələdiyi musiqiyə autizmli uşaqların iştirakı ilə çəkilən klipin anonsu təqdim olunub.

Seminarın sonunda valideynlərə autizmi anlatan kitabçalar, bukletlər və Lalə İsmayılovanın "Autizm - ev şəraitində təlim"  kitabı verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!