“Çətin vəziyyətdəyik, qazımız yoxdur” - Qubada   KRİTİK DURUM

saytların hazırlanması

Evə çatdırılma

“Çətin vəziyyətdəyik, qazımız yoxdur” - Qubada KRİTİK DURUM

Hadisə

16 Aprel 2026 22:27 747


Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində aprelin 6-da baş vermiş torpaq sürüşməsi hələ də aktivliyini davam etdirir.

"Yeni Sabah" xəbər verir ki, təbii fəlakət nəticəsində elektrik dirəkləri sıradan çıxıb və qaz xətləri ciddi zərər görüb.

"Çətin vəziyyətdəyik. Gediş-gəliş yoxdur, qazımız yoxdur. Yolumuz 300 metrə yaxın uçub. Təzə yol açıblar. Oradan isə çətinliklə gedib-gəlirik", - sakinlərdən biri bildirib. Toyuqlu pizza

"Maşınla getmək olmur. Təxminən iki kilometrlik yolu ayaqla getməyə məcburuq", - digər sakin əlavə edib.

Qaz təchizatında yaranan problemlə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, hazırda Quba və Qusar rayonları ərazisində qalan 287 abonentin qaz təminatının bərpası istiqamətində işlər sürətlə davam etdirilir. Yaxın vaxtlarda fəsadların tam aradan qaldırılması planlaşdırılır.

Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli də sürüşmə baş verən ərazidə olub. O, ərazidə müvafiq tədqiqat işləri aparıldıqdan sonra yolun təhlükəsiz və fasiləsiz istifadəsinin təmin ediləcəyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!