“Çevrilişi xarici mütəxəssislər hazırlayıb ” - Medvedev

saytların hazırlanması

Evə çatdırılma

“Çevrilişi xarici mütəxəssislər hazırlayıb ” - Medvedev

Siyasət

24 İyun 2023 21:53 1006


Rusiya hakimiyyəti nüvə silahının quldurlar tərəfindən idarə olunmasına imkan verməyəcək. 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, üsyanı ölkədə hakimiyyəti ələ keçirmək üçün planlaşdırılmış əməliyyat adlandırıb və çevrilişin hazırlanmasında xarici mütəxəssislərin iştirak etdiyini iddia edib. Dominos pizza

“Biz ən böyük nüvə dövlətində dövlət çevrilişinin nəticələrini başa düşürük. Bəşəriyyət tarixində heç vaxt belə bir şey olmayıb ki, ən böyük nüvə silahı arsenalı quldurların nəzarəti altında olsun. Belə bir böhran təbii ki, bir ölkə ilə məhdudlaşmayacaq. Dünya məhv olmaq həddinə gətiriləcək. ...İşlərin belə getməsinə imkan verməyəcəyik", - Medvedev vurğulayıb.

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!