Çexiya XİN vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Çexiya XİN vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı

İdman

25 Noyabr 2025 00:34 1063


Çexiya Xarici İşlər Nazirliyi vətəndaşlarına Venesuelanı tərk etməyi tövsiyə edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "ČTK" xəbər agentliyi məlumat yayıb.

"ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) xəbərdarlığından sonra əksər aviaşirkətlər regionda hərbi fəallığın artması ilə əlaqədar Karakasa və oradan aviareysləri ləğv edib. Biz bütün mümkün vasitələrdən istifadə etməklə Çexiya vətəndaşlarına mümkün qədər tez Venesuelanı tərk etməyi tövsiyə edirik", - agentlik XİN-in müvafiq sənədindən sitat gətirib. Marqarita pizza

Qeyd edək ki, müxtəlif ölkələrdən çoxsaylı aviaşirkətlər Venesuelaya uçuşları dayandırıb. Hazırda ölkə ilə beynəlxalq hava nəqliyyatı onun milli aviaşirkətləri və Kolumbiyanın Wingo aviaşirkətinin uçuşları sayəsində təmin edilir.

Agentlik bildirib ki, ABŞ cari ilin sentyabr ayından Karib dənizi regionuna hərbi gəmilər və təyyarələr göndərib. Noyabr ayında ABŞ oradakı mövcudluğunu dünyanın ən böyük döyüş gəmisi olan "USS Gerald R. Ford"la gücləndirilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!