Çexiyada Nümayəndələr Palatası ölkədəki bütün Covid-19 məhdudiyyətlərini aradan qaldıraraq pandemiya qanununa dəyişiklik edib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Çexiyada bütün Covid-19 məhdudiyyətləri qaldırılıb. Pandemiya qanununda edilən dəyişikliyə əsasən bütün qapalı məkanlarda maska taxmaq qaydası ləğv olunub.
Çexiyanın Səhiyyə Naziri Vlastimil Valek verdiyi açıqlamada, “Maska taxmaq öhdəliyini aradan qaldırdıq, lakin maska taxmaq bizim üçün çox yaxşı qoruyucu tədbirdir. Unutmayaq ki, Covid-19 hələ də insanları öldürə bilər. Ona görə də hamını peyvənd olunmağa dəvət edirəm”, - deyə o bildirib. Sezar pizza
Qeyd edək ki, Çexiyada son 24 saatda 1372 koronavirusa yoluxma halı aşkar edilərkən, ümumi yoluxma sayı 3 milyon 909 min 167-yə yüksəlib. Ölkədə son sutka ərzində koronavirusdan ölən olmayıb. Covid-19 epidemiyası başlayandan bəri Çexiyada ümumilikdə 40 184 nəfər həyatını itirib.
Nəzrin Vahid
Telegram kanalımız