Ceyhun Bayramov Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlarının koalisiyasının rəhbərləri və nümayəndələrini Ermənistanın təxribatları barədə məlumatlandırıb.
Yenisabah.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirilib.
C.Bayramov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib və ölkəmizdə çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin mövcud olduğunu vurğulayıb. Toyuqlu pizza
Görüşdə, həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, Vətən müharibəsindən sonra post-münaqişə dövründə həyata keçirilən tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb. C.Bayramov Azərbaycan tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi barədə danışıb.
Telegram kanalımız