Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə nazir “X” platformasında yazıb.
“Aİ Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclası çərçivəsində Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşdən məmnun oldum. Azərbaycan-Avropa İttifaqı gündəliyinin məsələləri, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə edilib”, - deyə Ceyhun Bayramov qeyd edib. Pepperoni pizza
Telegram kanalımız