Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yenidən görüşəcəklər.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.
Onun sözlərinə görə, XİN başçıları danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş keçirmək üçün razılığa gəliblər. Pepperoni pizza
Görüşün dəqiq tarixi hələlik məlum deyil.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyanın sonuncu görüşü noyabrın 7-də Vaşinqton şəhərində baş tutub.
Telegram kanalımız