Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşdü

Siyasət

19 Noyabr 2021 19:27 1118


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya ikitərəfli gündəliyinə daxil olan məsələlər, o cümlədən qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışıb. Ölkələr arasında ikitərəfli səviyyə ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcud olduğu ifadə edilib. Dominos pizza

Nazir, həmçinin bölgədə mövcud olan münaqişə sonrası reallıqlar, bu xüsusda Rusiyanın oynadığı rolu, üçtərəfli bəyanatların icrası məsələləri ilə bağlı ekspertlərə məlumat verib.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvlərini maraqlandıran sualları cavablandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!