Ceyhun Bayramov Bolqarıstanın səfirini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Bolqarıstanın səfirini qəbul etdi

Siyasət

23 Fevral 2023 00:10 525


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Stoyanovu qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfir Ruslan Stoyanov etimadnaməsinin surətini nazirə təqdim edib. Toyuqlu pizza

Ceyhun Bayramov səfir Ruslan Stoyanovu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, energetika sahələrində ikitərəfli münasibətlərin mövcudluğuna məmnunluqla istinad edən nazir Ceyhun Bayramov, münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib.

Əlaqələrin inkişafında Azərbaycan və Bolqarıstan arasında mövcud siyasi dialoq və yüksək səviyyəli səfərlərin və təmasların mühüm rol oynadığı diqqətə çatdırılıb. Xüsusilə, energetika sahəsində səmərəli əməkdaşlığın təcəssümü kimi ötən il Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyəti qeyd olunub. Bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolundan geniş bəhs edilib.

Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən səfir Ruslan Stoyanov, Azərbaycan və Bolqarıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli səviyyələrdə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğunu qeyd edib. Bu xüsusda, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!