Ceyhun Bayramov Çavuşoğlunu Londondakı səfirliyə hücumla bağlı məlumatlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Çavuşoğlunu Londondakı səfirliyə hücumla bağlı məlumatlandırdı

Siyasət

05 Avqust 2022 00:43 1006


Ceyhun Bayramov Çavuşoğlunu Londondakı səfirliyə hücumla bağlı məlumatlandırıb4 avqust 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı aparılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri bir qrup radikal dini dəstənin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin binasına hücumu ilə əlaqədar narahatlığını bildirib. Toyuqlu pizza

Nazir Ceyhun Bayramov bu vandallıq aktı barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.

Türkiyə xarici işlər naziri bu hücumu tamamilə qınayıb, Türkiyənin Azərbaycanın yanında olduğunu və hər zaman dəstək göstərməyə hazırlığını diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinə göstərdiyi diqqətə və təklif olunan dəstəyə görə minnətdarlığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!