Ceyhun Bayramov: “Ermənistan ilə münasibətlərin normallaşmasına hazırıq“

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov: “Ermənistan ilə münasibətlərin normallaşmasına hazırıq“

Siyasət

14 Oktyabr 2021 13:29 614


"Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazirin çıxışında Azərbaycanın qeyd olunan prinsiplərə riayət etməklə, Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırdığı qeyd olunub. pizza

Ceyhun Bayramov Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu vurğulayıb.

Kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əminlik ifadə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!