Ceyhun Bayramov Ermənistanın iddialarını rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Ermənistanın iddialarını rədd etdi

Siyasət

19 Yanvar 2022 17:41 2589


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda (TƏF) Ermənistan nümayəndəsinin əsassız iddialarına cavab verib.

Bu barədə Yenisabah.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclasda C.Bayramov Azərbaycanın TƏF sədrliyini təbrik edən, Azərbaycanın prioritetlərini dəstəkləyən və bu istiqamətdə rəsmi Bakı ilə birgə işləməyə hazır olduğunu ifadə edən bütün iştirakçılara minnətdarlığını ifadə edib, səsləndirilən bir sıra rəy və təkliflərə münasibət bildirib. Dominos pizza

Eyni zamanda, nazir müzakirələr zamanı Ermənistan nümayəndəsi tərəfindən səsləndirilən əsassız iddiaları rədd edib və Azərbaycanın regional təhlükəsizliklə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!