Ceyhun Bayramov Ermənistanın manipulyasiyası ilə bağlı BMT Baş katibini məlumatlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Ermənistanın manipulyasiyası ilə bağlı BMT Baş katibini məlumatlandırdı

Siyasət

29 İyul 2023 14:13 716


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antoniu Quterrişə məktub göndərib, onu Ermənistanın humanitar vəziyyətlə bağlı manipulyasiyası barədə məlumatlandırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.

Məktubda bildirilir ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yardımı ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin Laçın sərhəd-keçid məntəqəsindən sərbəst keçməsini təmin edir və bu keçid məntəqəsindən hər gün orta hesabla 25-30 nəfər keçir. Dördpendirli pizza

Məktubda daha sonra qeyd olunur ki, Azərbaycan paralel olaraq Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi marşrutundan istifadə etməyi təklif edib və bunun üçün bütün lazımi şəraiti təmin etməyə hazır olduğunu bildirib.

Məktubda vurğulanır ki, Ermənistan tərəfi Azərbaycanın yardımından imtina etməkdə davam edir və bu, humanitar vəziyyətlə bağlı hazırkı manipulyasiyanın siyasi oyun olduğunu göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!