Ceyhun Bayramov: “Ermənistanla danışıqlar prosesinin dinamikası yüksəkdir”

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov: “Ermənistanla danışıqlar prosesinin dinamikası yüksəkdir”

Siyasət

25 İyul 2023 18:30 485


“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan ilə üçtərəfli danışıqlar başlamamışdan əvvəl deyib.

O qeyd edib ki, xarici işlər nazirləri sonuncu dəfə təxminən iki ay əvvəl görüşüblər və o vaxtdan indiyədək müxtəlif səviyyələrdə çoxlu sayda görüşlər, təmaslar olub. Sezar pizza

C.Bayramov bildirib: “Danışıqlar prosesinin dinamikası kifayət qədər yüksək olsa da, nəticələr dinamikadan bir qədər aşağıdır. Amma ümumiyyətlə, müsbət nəticənin olmadığını demək düzgün deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!