Ceyhun Bayramov Fransa Senatının üzvü Natali Qule ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Fransa Senatının üzvü Natali Qule ilə görüşdü

Siyasət

03 Mart 2023 20:57 745


Xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Quleni qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Fransa Senatının üzvünün Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Nazir ikitərəfli münasibətlərin inkişafına ola biləcək maneələrin birgə səylər əsasında qarşısının alınmasının vacibliyindən bəhs edib.  pizza

Görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesi, azad edilmiş ərazilərdə mövcud mina təhdidi və aparılan minasızlaşdırma fəaliyyəti barədə məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!