Ceyhun Bayramov Fransanın yeni səfiri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Fransanın yeni səfiri ilə görüşdü

Siyasət

07 Dekabr 2022 18:47 544


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni təyin olunmuş səfiri Ann Buayon ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, C.Bayramov səfir Ann Buayonun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. pizza

Görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyi və digər məsələlər müzakirə edilib.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan nazir sülh gündəliyi, habelə sözügedən prosesin irəli aparılması üçün Azərbaycan tərəfindən atılan addımlar və təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan tərəfindən törədilən təxribatları və təhdidləri diqqətə çatdırıb.

Nazir Fransa tərəfindən səslənən qərəzli fikirlərin və Fransa Parlamentində qətnamələrin Azərbaycan-Fransa münasibətlərinə zərbə vurduğunu və sülh prosesinə töhfə vermədiyini vurğulayıb.

Səfir Ann Buayon qəbul üçün C.Bayramova təşəkkür edib və münasibətlərin inkişafına çalışacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!