Azərbaycanı Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin yeni Xarici İşlər naziri təyin edilən Hakan Fidanı təbrik edib.
Yenisabah.az xəbər verir ki, C. Bayramov bununla bağlı “Twitter” hesabında paylaşım edib.
“Qardaş Türkiyənin yeni Xarici İşlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram! Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm”, - nazir qeyd edib. pizza hut
Telegram kanalımız