“Ceyhun Bayramov hamı üçün əlçatan nazir idi”   – Təhsil eksperti

saytların hazırlanması

Evə çatdırılma

“Ceyhun Bayramov hamı üçün əlçatan nazir idi” – Təhsil eksperti

Maraqlı

16 İyul 2020 17:47 1484


Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramov təhsil naziri vəzifəsindən azad edilib. Bir digər sərəncamla o, Xarici işlər naziri təyin edilib. 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov Ceyhun Bayramovun təhsil naziri kimi fəaliyyətini yüksək qiymətləndirib. Onun təhsilin inkişafında mühim rol oynadığını vurğulayıb:

“Ceyhun müəllimi ilk nazir təyin olunan vaxt mən öz fikirlərimi bildirmişdim və onu müsbət qarşılamışdım. O, Təhsil naziri təyin olunmamışdan qabaq nazir müavini kimi fəaliyyət göstərib. Nazir kimi fəaliyyətə başladıqdan sonra isə bir çox sahələrdə mühim addımlar atıb. Təhsilin demokratikləşməsi, humanistləşmə prosesinin həyata keçirilməsi onun səyləri ilə mümkün olub. O, hamı üçün əlçatan nazir idi. 2013-cü ilkə Prezidentin “İctimai iştirakçılıq haqqında” sərəncamı oldu, o sərəncama uyğun olaraq bir sıra universitetlərdə ictimai şuralar yarandı. Dəfələrlə biz müraciət etdik ki,Təhsil Nazirliyində də bu şura yaradılsın. Amma yalnız Ceyhun Bayramovun gəlişindən sonra proses həyata keçirildi və nəhayət, Təhsil Nazirliyinin yanında İctimai Şura yaradıldı. Keçən ilin sentyabr ayından gizli səsvermə yolu ilə 11 nəfər oraya üzv seçildi. İctimai Şuranın təkcə nazirlə iki dəfə onlayn müşavirəsi keçirilib. Dərsliklərin təkmilləşdirilməsi, məktəbli formaları ilə bağlı məsələlərin həll olunması və digər şeylər üçün həmişə kollektiv müşavirələr keçirilib. Çünki ictimai rəyi öyrənmək istəyiblər. İctimai Şuranın onlarla təklifi nəzərə alınıb. Bu baxımdan Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”. Toyuqlu pizza

Ceyhun Bayamovun xarici işlər naziri təyin olunmasına gəldikdə isə Nadir İsrafilov qeyd edib ki, bu, ölkə başçısının səlahiyyətində olan məsələdir. Burada Ceyhun Bayramovun ümumi təcrübəsi, nitqi nəzərə alınıb:

“Bir şeyi qeyd edim ki, xarici işlər nazirinin nitqi gözəl olmalıdır. Ceyhun Bayramovun təkcə nitq qabiliyyəti, peşəkar diksiyası onun xarici işlər naziri vəzifəsinə layiq olduğunu açıq şəkildə göstərir. Ona uğurlar arzulayıram. Ümid edirəm ki, təhsil sahəsində apardığı siyasət bizim diplomatiya sahəsində də özünü göstərəcək”.

Sayad HƏSƏNLİ

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!