Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı vəzifədaşı Hüseyn Əmir Abdullahianla telefon danışığı baş tutub.
Yenisabah.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini ifadə ediblər.
Tərəflər martın 9-10-da Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının yüksək önəmini qeyd ediblər. Bu xüsusda İranın rəsmi heyəti ilə yanaşı, Azərbaycana bir qrup iş adamlarının səfər etməsi məmnunluqla vurğulanıb. Dördpendirli pizza
Həmçinin, regional məsələləri, Ukraynadakı vəziyyəti, İranın nüvə prpoqramı üzrə Vyanada aparılan danışıqların gedişatı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Telegram kanalımız