Ceyhun Bayramov İtaliyada “Qarabağ“ın matçını izlədi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov İtaliyada “Qarabağ“ın matçını izlədi

İdman

26 Noyabr 2025 09:44 872


Xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Napoli”-"Qarabağ" matçını stadiondan izləyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Qarabağ FK-nın sosial media hesabında məlumat yayıb.

Bayramov görüş başa çatdıqdan sonra klubumun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb. Marqarita pizza

“Görüş zamanı C.Bayramov komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib. Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır. Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!