Ceyhun Bayramov İtaliyanın ölkəmizdəki səfiri ilə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov İtaliyanın ölkəmizdəki səfiri ilə görüşdü - Fotolar

Siyasət

01 İyun 2021 19:08 704


Xarici işlər naziri Ceyhun Bayramov bu gün İtaliya Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Klaudio Taffurini qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İtaliya səfiri Klaudio Taffuri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Marqarita pizza

Ceyhun Bayramov Klaudio Taffurini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini vurğulayaraq, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini qeyd etdi və yeni səfirin fəaliyyəti dövründə bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.

Nazir, həmçinin səfir Klaudio Taffuriyə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib.

O, Azərbaycan və Ermənistan arasında mövcud olan fikir ayrılıqlarının, o cümlədən sərhəd gərginliyi məsələlərinin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

Səfir Klaudio Taffuri ikitərəfli münasibətlərinin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ümumi fikir mübadiləsi aparıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!