Ceyhun Bayramov:  Minsk qrupunun mandatı tükənib

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov: Minsk qrupunun mandatı tükənib

Siyasət

14 May 2024 13:18 529


ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupu, fəaliyyətdə olan sədrin nümayəndəsi, yüksək səviyyədə planlaşdırma kimi təsisatları nəticə verməyib.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, bu təsisatların mandatı tükənib, arxaik fəaliyyət göstərirlər: Sezar pizza

“Arxaik fəaliyyət göstərən, keçmiş ifadələrdən istifadə edən bu təsisatları ATƏT-in məhdud büdcəsindən maliyyələşdirməyə ehtiyac yoxdur. ATƏT digər layihələrə dəstək verə bilər. Mina təhlükəsizliyi, keçmiş köçkünlərin evlərinə qaytarılması, ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi layihələrə ATƏT dəstək verə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!