Ceyhun Bayramov Mirzoyanla görüşəcək?

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Mirzoyanla görüşəcək?

Siyasət

26 Noyabr 2023 14:15 886


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında yaxın zamanda görüş və telefon danışığı planlaşdırılmır.

Modern.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bununla bağlı tərəflər arasında danışıq yoxdur.

Qeyd edək ki, XİN başçıları arasında son görüş Tehranda “3+3” formatında görüş çərçivəsində olub. Onlar münasibətlərin bərpası və sülh müqaviləsinin bağlanması barədə danışıqlar aparıblar. pizza

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı edib. Rəsmi Bakı görüş yeri kimi Azərbaycan-Ermənistan sərhədini göstərib.  Bunndan sonra tərəflər arasında razılaşmada noyabrın 30-da Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!