Ceyhun Bayramov Misir XİN təmsilçisini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Misir XİN təmsilçisini qəbul etdi

Siyasət

26 İyul 2022 20:42 1048


Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misir XİN rəhbərinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasrın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenisabah.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, nazir ikitərəfli münasibətlərin inkişafını vurğulayıb. İki ölkə arasında siyasi dialoqun səviyyəsindən məmnunluqla danışaraq iki ölkə XİN-ləri arasında həyata keçirilən mütəmadi siyasi məsləhətləşmələrin, habelə qarşılıqlı səfər mübadilələrinin əlaqələrin inkişafına töhfə verdiyini bildirib.

C.Bayramov, həmçinin ölkələrimizin beynəlxalq müstəvilərdə əməkdaşlığını qeyd edib, bu xüsusda Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətdən bəhs edilib. Hazırda bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammitində Misir nümayəndə heyətinin də iştirakı məmnunluqla səsləndirilib. Dördpendirli pizza

Nazir qarşı tərəfə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı Azərbaycan tərəfindən görülən geniş miqyaslı işlər barədə ətraflı məlumat verib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!