Ceyhun Bayramov Prezidentə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Prezidentə təşəkkür etdi

Siyasət

08 İyul 2023 20:48 1349


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan diplomatiyasının rəhbəri Tvitter hesabında yazıb.

"Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!" Toyuqlu pizza

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının bir sıra əməkdaşlarına diplomatik rütbələr verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!