Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Siyasət

07 Mart 2023 20:48 739


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, regional humanitar layihələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycanın sülh quruculuğu sahəsində səyləri, bölgədə yenidənqurma işlər barədə ətraflı məlumat verib. Ermənistan tərəfinin artan təxribatlarının, sülh sazişi üzrə danışıqlarda yaratdığı çətinliklərin, bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş addımların sülhə maneçilik törətdiyi vurğulanıb.    Pepperoni pizza

Xüsusi nümayəndə Mixayıl Şvıdkoy Azərbaycanın multikulturalizm məkanı olduğunu, Azərbaycanda keçirilən beynəlxalq forumların əhəmiyyətini xüsusi qeyd edərək, mədəniyyət və humanitar sahələrdə birgə proqramların həyata keçirilməsinə hazır olduqlarını bildirib.   

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!