Ceyhun Bayramov Qarabağdakı qanunsuz silahlı birləşmələrdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Qarabağdakı qanunsuz silahlı birləşmələrdən danışdı

Siyasət

12 Dekabr 2022 17:14 655


"Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.

Nazir qeyd edib ki, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir: Toyuqlu pizza

"O cümlədən, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edilir. Bunun əvəzinə, sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı".

XİN başçısının sözlərinə görə, Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur:

"Çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!