Ceyhun Bayramov Rusiya və Ukraynanı dialoqa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Rusiya və Ukraynanı dialoqa çağırdı

Siyasət

02 Mart 2022 16:12 557


Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təxirə salınmadan dialoqa çağırışını təkrarlayır və tərəflər arasında birbaşa danışıqların aparılmasının zəruriliyini vurğulayır.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu Sessiyasında deyib.

“Bizim müzakirələrimiz Ukraynada və onun ətrafında vəziyyətin ciddi şəkildə pisləşməsi fonunda, beynəlxalq münasibətlərdə gərginliyin artdığı zamanda keçirilir. Azərbaycan xüsusilə mülki əhali arasında ciddi itkilərə səbəb olan böhrandan dərin təəssüf hissi keçirir. Dördpendirli pizza

Mülki insanların həyatı, mülki infrastruktur qorunmalı və insan hüquqlarına hər zaman hörmət edilməlidir. Orada yaranmaqda olan humanitar böhran mövcud vəziyyətin mülki əhaliyə təsirini azaltmaq üçün məqsədəuyğun tədbirlər tələb edir. Bu anlayışdan çıxış edərək Azərbaycan artıq ikitərəfli əsasda Ukrayna xalqına dərman, tibbi avadanlıq və digər ilkin ehtiyac olan humanitar yardım göndərib" , - deyə XİN rəhbəri çıxışında qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!