Ceyhun Bayramov səfirliyin açılışı üçün İsrailə gedir 

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov səfirliyin açılışı üçün İsrailə gedir 

Siyasət

03 Mart 2023 10:41 651


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" nəşri məlumat yayıb. 

Bildirilir ki, o, İsraildə Azərbaycan səfirliyinin açılışında iştirak edəcək. Nəşr qeyd edir ki, bu, Azərbaycanın xarici işlər nazirinin son on ildə İsrailə ilk səfəri olacaq.  pizza mizza

Ceyhun Bayramov İsrail Prezidenti İsaak Herzoq, Baş nazir Binyamin Netanyahu və xarici işlər naziri Eli Kohenlə görüş keçirəcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!