Ceyhun Bayramov tarif güzəştinə görə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov tarif güzəştinə görə təşəkkür etdi

Siyasət

29 Dekabr 2025 14:55 443


Xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan XİN rəhbəri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.

"Yeni Sabah" xəbər verir ki, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. 

Tərəflər bölgədə ticarət və kommunikasiya məsələləri barədə müzakirə apararaq, bölgədə bu istiqamətdə səyləri alqışlayıblar. Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tarif məsələsində əldə olunmuş razılığı məmnuniyyətlə qeyd edən nazirlər, bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. pizza sifarişi

Ceyhun Bayramov Gürcüstan rəhbərliyinin operativ qaydada məsələni həll etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!