"Xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Bakıya səfər edəcək".
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Səid Xətibzadə deyib.
Xatırladaq ki, ondan əvvəl Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Mehdi Səfərinin Bakıya yollanacağını bildirib. Sezar pizza
"Son 10 ayda İran və Azərbaycan arasında bir çox ortaq layihələr müəyyən edilib. İran və Türkiyə arasında da oxşar planlaşdırma olmalıdır", - deyə S. Xətibzadə vurğulayıb.
XİN sözçüsü qeyd edib ki, nazir Hüseyn Əmir-Abdullahianın dəvətilə tezliklə Türkiyə və Azərbaycanın XİN rəhbərləri Mövlut Çavuşoğlu və Ceyhum Bayramov Tehrana səfər edəcəklər.
Telegram kanalımız