Ceyhun Bayramov Ukrayna XİN başçısı ilə telefonla danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Ukrayna XİN başçısı ilə telefonla danışdı

Siyasət

27 May 2021 19:35 811


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

XİN-dən Yenisabah.az-a verilən məlumata görə, söhbət qarşı tərəfin təşəbbüsü ilə baş tutub.

D.Kuleba 28 May - Respublika Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib, ona səmimi və xoş arzularını çatdırıb. Sezar pizza

Nazirlər bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov münaqişədən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli sazişlərin icrası, habelə sərhəd bölgəsində yaşanan son gərginliklər və Ermənistan tərəfinin təxribatları barədə Ukrayna xarici işlər nazirinə məlumat verib.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!