Ceyhun Bayramovdan Ermənistana XƏBƏRDARLIQ: “Bunun nəticəsi çox ağır olacaq“

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovdan Ermənistana XƏBƏRDARLIQ: “Bunun nəticəsi çox ağır olacaq“

Siyasət

12 Dekabr 2021 13:41 3520


"Postmünaqişə dövründə Azərbaycanın atdığı konstruktiv addımlara baxmayaraq, Ermənistan tərəfdən bunun qarşılığını görmürük”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, gərginliklərin yaşanmamasının yeganə yolu sərhədlərin delimitasiyası prosesinin başlanmasıdır: Dördpendirli pizza

“Azərbaycan komissiyanın işinə başlamasına hazır olduğunu hər zaman bildirib, lakin Ermənistan indiyədək müxtəlif bəhanələrlə buna imkan verməyib.

Əfsuslar olsun ki, Ermənistan tərəfindən sərhəddə zaman-zaman təxribatlar törədilir. Bunlar xoşagəlməz hallardır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur.

Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!