Ceyhun Bayramovla Mirzoyan Moskvada da görüşəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovla Mirzoyan Moskvada da görüşəcəklər

Siyasət

02 May 2023 13:06 727


Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Rusiyada da görüşəcəklər. 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı, Avropaya inteqrasiya məsələləri üzrə parlament komissiyasının rəhbəri Arman Yeqoyan bu gün keçirdiyi brifinqdə məlumat verib.

"Rusiyada da Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü olacaq. Bununla bağlı artıq ilkin razılıq əldə olunub", - deyə o bildirib. pizza hut

Deputat görüşün dəqiq tarixini açıqlamayıb.

Qeyd edək ki, ötən gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş bir neçə gün davam edəcək.

Bundan əvvəl, Rusiya XİN sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan tərəflərinin Moskva görüşünə razılıq verdiyini açıqlamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!