Ceyhun Bayramovla Mirzoyanın görüşü baş tutmadı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovla Mirzoyanın görüşü baş tutmadı

Siyasət

04 Dekabr 2021 12:28 997


“İsveçin paytaxtı Stokholmda ATƏT Nazirlər Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmayıb”

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan bildirib.

“ATƏT-in 28-ci Nazirlər Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmayıb. Vurğulamaq istərdim ki, Ermənistan tərəfi heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında görüşlərdən yayınmayıb”, - deyə Hunanyan bildirib. Marqarita pizza

Xatırladaq ki, bundan əvvəl Şərq Tərəfdaşlığı üzrə Avropa Xarici Fəaliyyət Xidmətinin baş direktoru Lyuk Devinier Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Stokholmda görüşəcəyini bəyan etmişdi.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!