Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı oldu

Siyasət

13 Sentyabr 2022 20:16 1319


Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında 13 sentyabr 2022-ci il tarixində telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı bölgədə baş vermiş toqquşmalar və gərginlik müzakirə edilib. Pepperoni pizza

Nazir Ceyhun Bayramov bölgədə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində yaranmış son vəziyyət, habelə təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. Ermənistanın son ay ərzində mütəmadi olaraq mövqelərimizi atəşə tutması, ərazilərimizin minalanması işini davam etdirməsi, üçtərəfli bəyanatlara zidd olaraq erməni silahlı birləşmələrini ərazilərimizdən tam olaraq çıxarmadığı vurğulanıb.

Sergey Lavrov bölgədə qarşıdurmaya yol verilməməsinin zəruri olduğunu, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icrasının əhəmiyyətini diqqətə çatdırıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!